Bayden Ukrayna müharibəsinin taleyini belə dəyişdi: 4 il öncə nə baş verib?
Bu gün, 11:26
“ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Moskvanın təhlükəsizlik sahəsində diplomatik təkliflərini rədd edərək, Ukraynada münaqişənin qarşısını almaqdan faktiki olaraq imtina edib”.
Globalinfo.az xəbər verir ki, bunu Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
“2022-ci ilin yanvarında bu müharibənin qarşısını almaq olardı. 2021-ci ilin dekabrında Rusiya tərəfi ABŞ-a NATO-nu genişləndirməkdən imtinanı nəzərdə tutan təhlükəsizlik sazişi təklif etdi. Lakin o vaxtkı administrasiya Moskvanı dinləmək istəmədi”, – deyə o bildiribş
Qeyd edək ki, Rusiya və Ukrayna iyulun 23-25-də Türkiyədə baş tutacaq yeni danışıqlara hazırlaşır. Kiyev məhbus mübadiləsi, evakuasiya edilmiş uşaqların geri qaytarılması və liderlər səviyyəsində mümkün görüşü müzakirə etməyə ümid edir. Moskva tərəflərin mövqelərində ciddi fikir ayrılıqlarının olduğunu deyir.