“Amazon” Trampa qarşı məhkəmə iddiasını dəstəklədi

1-02-2017, 21:20           

“Amazon” şirkətinin yaradıcısı və rəhbəri Ceff Bezos Vaşinqton ştatının prokuroru tərəfindən prezident Donald Trampın miqrantlarla bağlı sərəncamının ləğvi üçün qaldırılan məhkəmə iddiasını dəstəkləyib.

İKT.lent.az-ın ABC-yə istinadən verdiyi xəbərə görə, “Microsoft” və “Expedia” şirkətləri də məhkəmə iddialarını dəstəklədiklərini bildiriblər. Onlar bildiriblər ki, D. Trampın addımları Vaşinqton ştatına və burada fəaliyyət göstərən şirkətlərə ziyan vurur.

Xatırladaq ki, Vaşinqton ştatının prokuroru Bob Ferqüson prezident fərmanı ilə əlaqədar məhkəmədə iddia qaldıracağını açıqlayıb. San-Fransisko prokuroru Dennis Errera isə qeyri-leqal miqrantları federal hakimiyyət orqanlarına təhvil verməyən şəhərlərin maliyyələşdirilməsinin məhdudlaşdırılması barədə prezident fərmanı ilə bağlı məhkəməyə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru