Səudiyyə kralından inanılmaz qərar - 67 ildə ilk dəfə
2-02-2017, 14:09
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz əs-Səud gözlənilməz qərara imza atıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, neftin qiymətlərinin 55 dollara qədər düşməsi ilə Səudiyyənin gəlirləri azalıb.
Bunu kompensasiya etmək üçün kral bəzi ixrac məhsullarına 5 faiz əlavə dəyər vergisinin tətbiq edilməsi ilə bağlı əmr verib. Bu, 67 il sonra səudiyyəlilərə tədbiq edilən ilk vergidir.
Məlumatlara görə, ötən il Səudiyyənin büdcə kəsiri 97 milyard dollar olub.