Kreml Avrasiya İqtisadi Birliyinin Belarusa görədağılmayacağına ümid edir

3-02-2017, 10:30           

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Belarus arasında sərhəd zonasının bərpasının Avrasiya İqtisadi Birliyinin (AİB) parçalanmasına təhlükə yaratması barədə xəbərlərə münasibət bildirib.

“Ümidvarıq ki, AİB-in dağılması reallıqdan uzaqdır”. D.Peskov bu sözləri məsələni şərh edərkən “Gazeta.ru”ya bildirib.

Qeyd edək ki, Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan AİB-ə üzvdürlər.

Bundan əvvəl bəzi KİV-lər Belarusun AİB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), habelə Rusiya ilə Belarus arasında İttifaq Dövləti sazişindən çıxmaq niyyətində olduğunu bildiriblər.

KTMT bu xəbərləri şayiə adlandırıb. Rusiya ilə Belarus arasında İttifaq Dövlətinin katibliyindən Belarusun sazişi tərk etmək niyyətindən xəbərsiz olduqlarını bildiriblər.

Qeyd edək ki, fevralın 1-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Belarusla sərhəd boyu – Bortnikov Bryansk, Smolensk və Pskov vilayətlərində sərhəd zonasının hüdudlarını müəyyənləşdirilməyi əmr edib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru