İran məhkəməsi qadının bir gözünün çıxarılmasına hökm verib

3-02-2017, 13:43           
İran məhkəməsi qadının bir gözünün çıxarılmasına hökm verib
İranda məhkəmə öz qurbanının üzərinə turşu tökərək bir gözünün kor olmasına səbəb olmaqda ittiham edilən qadının bir gözünün çıxarılmasına hökm verib.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə 2015-ci ildə Mahşəhrdə baş verib. İstintaq 2 ilə yaxın davam edib.

Məhkəmənin hökmü ilə bir gözü çıxarılacaq qadın əlavə olaraq zərərçəkmişə kompensasiya ödəməli və 7 il həbs cəzası çəkməlidir.

Qadının gözünün çıxarılması ilə bağlı hökmün icra ediləcəyi dəqiq vaxt qərarda öz əksini tapmayıb. Son söz zərərçəkmişə və onun ailəsinə məxsusdur, belə ki, onlar xahiş edərək, bu cəzanın ləğv olunmasını istəyə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru