ABŞ-da məhkəmə Trampın miqrasiya fərmanının icrasını dayandırıb

4-02-2017, 09:06           
ABŞ-da məhkəmə Trampın miqrasiya fərmanının icrasını dayandırıb
Sietl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, qərar hakim Ceyms Robart tərəfindən çıxarılıb. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hakimiyyətinə yeni fərmanın şamil edildiyi şəxslərin deportasiya olunmasını qadağan edir.

Qeyd edək ki, D. Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru