AB «Brexit»ə görə Britaniyadan fantastik məbləğ tələb edəcək

11-02-2017, 00:34           
AB «Brexit»ə görə Britaniyadan fantastik məbləğ tələb edəcək
Avropa Birliyi Britaniyadan ölkənin qurumdan çıxması (Brexit) ilə bağlı 57 milyard avro tələb edəcək.

Bu barədə «Sky News» məlumat yayıb.

Məlumata görə, bu məbləğ Fransa və Almaniyanın da iştirak etdiyi müzakirələrdə müəyyənləşib.

“Böyük Britaniya 2020-ci ilədək Avropa Birliyinin layihələrinə milyardlarla avro pul ödəyəcəyi barədə öhdəlik götürüb. Razılaşmaya əsasən, Avropa Birliyi ilə Britaniya arasında ticari danışıqlar yalnız Britaniyanın bu məbləği ödəyəcəyi təqdirdə baş tutacaq», deyə məlumatda bildirilir.

Qeyd edək ki, fevralın 2-də Britaniya «Brexit» planını açıqlayıb. Sənəddə prinsipial əhəmiyyətli 12 maddə var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru