Bir fotoya görə məmur istefa verdi

11-02-2017, 13:56           
Bir fotoya görə məmur istefa verdi
Llitva turizminin ən yüksək vəzifəli şəxsi - Turizm Dairəsi prezidenti Jurgita Kazlauskiene ölkənin tanıdılmasıyla bağlı bəzi fotoların başqa ölkələrə aid olması üzə çıxandan sonra istefa vermək məcburiyyətində qalıb.

Finlandiya və Slovakiyaya aid fotoların yer aldığı sosial media kampaniyası "Həqiqət gözəldir" adı altında keçirilirmiş.

Hadisənin üzə çıxmasından sonra Jurgita Kazlauskiene istefa versə də, qurumun açıqlamasında digər ölkələrə aid fotoların "əyləncə məqsədi ilə" paylaşıldığı bildirilib. Bu da Litvadakı sosial şəbəkə istifadəçiləri arasında acı gülüşlə qarşılanıb. Bir çox istifadəçi başqa ölkələrə aid fotoları paylaşaraq #litva və # həqiqət gözəldir yarlıqlarından istifadə edib.

Litvanın baş naziri Saulius Skvernelis də sosial şəbəkə istifadəçilərinin bu kampaniyasına qoşulub. Baş nazir Avropa Komissiyasının Brüsseldəki binasının fotosunu "Llitvanın yeni hökumət binası"adı altında paylaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru