Daha bir islam ölkəsində ara qarışdı- Bəhreyndə aksiyalar VİDEO
22-06-2015, 19:54
FaktXəbər-in verdiyi məlumata görə, dünən Bəhreynin müxtəlif məntəqələrində Ali-Xəlifə rejiminə qarşı geniş xalq etirazları həyata keçirilib. Aksiyaçılar Ali-Xəlifə diktaturası əleyhinə şüarlar səsləndirərək, siyasi məhbuslara azadlıq tələb ediblər.
Paytaxt Manama, Sitrə adası və Tubla şəhərində keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaranıb. Hüquqmühafizəçilər etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Qeyd edək ki, Bəhreyn xalqı müxtəlif təzyiqlərə baxmayaraq, demək olar ki, hər gün milli-islami əl-Vifaq cəmiyyətinin həbsdə olan Şeyx Əli Salmanın azadlığı üçün aksiya keçirir.
Xatırladaq ki, Bəhreyn məhkəməsi ötən həftə Şeyx Əli Salman 4 il azadlıqdan məhrumetmə cəzası verib. [media=https://www.youtube.com/watch?v=MxXTBgnPruo]