Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

20-04-2017, 08:03           
Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb
Kolumbiyada Manisales şəhərində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 11 nəfərin öldüyü bildirilirdi.

Son məlumata əsasən, təbii fəlakət nəticəsində 75 yaşayış evi dağılıb, 6 nəfər itkin düşmüş hesab edilir. 400 ailə təhlükə kəsb edən ərazidən təxliyə edilib.

Torpaq sürüşməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilir. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

***

01:31

Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Manisales şəhərində qeydə alınıb

Bundan əvvəl 11 nəfərin öldüyü bildirilirdi. Məlumata əsasən, təbii fəlakət nəticəsində 70 yaşayış evi dağılıb, 22 nəfər itkin düşmüş hesab edilir.

Torpaq sürüşməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilir. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

***

21:01

Kolumbiyada baş verən torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Manisales şəhərində qeydə alınıb.

Torpaq sürüşməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilir. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, bundan əvvəl Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 320 nəfər ölüb. Aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.