Makedoniya parlamentində partlayıcı qurğu aşkarlanıb

3-05-2017, 08:29           
Makedoniya parlamentində partlayıcı qurğu aşkarlanıb
Makedoniya parlamentində kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayıcı qurğu ötən gün axşam saatlarında binanın birinci mərtəbəsindəki dəhlizlərdən birində aşkarlanıb. Polis aşkarlanmış partlayıcı qurğunu zərərsizləşdirib.

Ötən axşam parlamentin qarşısında etiraz aksiyası keçirilib. DİN insidentlə bağlı hələlik heç bir şərh verməyib.

Qeyd edək ki, aprelin 27-də “Vahid Makedoniya uğrunda” hərəkatın üzvləri Makedoniya parlamentinə basqın edərək müxalifət lideri Zoran Zayevə və onun rəhbərlik etdiyi Sosial-Demokratik İttifaqı (SDİ) təmsil edən bir neçə deputata xəsarətlər yetiriblər. İnsident etnik alban Tələt Cəfərinin parlament spikeri vəzifəsinə təsdiq edilməsindən sonra baş verib. Cəfərinin parlament spikeri seçilməsi ölkədə iğtişaşlara səbəb olub. Parlamentdəki qarşıdurma zamanı polis əməkdaşları və parlamentarilər də daxil olmaqla 100-dən çox insan xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru