BP şirkəti "Kosmos Energy" ilə birgə Seneqalın şelf zonasında iri qaz yatağı aşkar edib. "Report" xəbər verir ki, "Yakaar-1" kəşfiyyat quyusunun dərinliyi təqribən 4,7 km. təşkil edib. Şirkət il ərzində Seneqal və Mavritaniya sahillərində daha üç kəşfiyyat quyusu qazmağı planlaşdırır.