Kök məhkum türmədən qaçmaq istədi, divarın arasında ilişib qaldı

9-05-2017, 08:19           
Kök məhkum türmədən qaçmaq istədi, divarın arasında ilişib qaldı
Braziliyada türmədən qaçmaq istəyən bir məhkum ilginc bir hadisənin qurbanı olub.

Belə ki, o, türmənin divarları arasında ilişib. Rafaello Valadonun belə bir aqibətlə üzləşməsinin səbəbi onun kök bədəni olub. Hadisə Seris bələdiyyəsində, 3 dekabr tarixində baş verib. Həmin vaxt braziliyalı türmədən öz dostları ilə birgə qaçmaq istəyib. Qaçışı divarda açılmış deşiyin köməyi ilə gerçəkləşdirmək planlaşdırılıbmış. Məhkumlardan biri qaçmağa nail olub. Amma Valado deşiyə özünü salsa da, nə qabağa, nə də arxaya doğru hərəkət edə bilib. Nəticədə isə nə özü qaça bilib, nə də digər yoldaşları. Valado yardım istəyərək qışqırmağa başlayıb və onun köməyinə türmə işçiləri gəlib.

Bir neçə saatdan sonra nəhəng məhkum deşikdən çıxarılıb. Onu türməyə çağırılan yanğınsöndürən xidməti xilas edə bilib. Türmədən birinci qaçan şəxsi yaxalamaq hələ ki, mümkün olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.