12 yaşlı qız “İQ” yoxlamasında Enşteyn və Hokinqi üstələdi

9-05-2017, 09:13           

Britaniyanın Çeşir qraflığında yaşayan Hindistan əsilli 12 yaşlı Racqauri Pavar “İQ” yoxlanması (intellekt göstəricisi ) zamanı 162 bal toplayaraq Albert Enşteyn və Stiven Hokinqin göstəricilərini üstələyib.

“Report” xəbər verir ki, bunu “The Independent” qəzeti yazıb.

İnformasiyaya görə, yoxlama Mançestrdə keçirilib. Racqauri Pavar adlı qızın göstəricisi 18 yaşadək olanlar arasında maksimum sayılır.

Nəticələr açıqlanandan sonra ona Britaniyanın yüksək intellektli insanların “Mens” Cəmiyyətinə üzvlük təklif edilib.

Qeyd edək ki, dahilər üçün “İQ” 140 bənddir. Albert Enşteyn və Stiven Hokinq 160 bal toplayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru