Tramp Suriya kürdlərinin silahlandırılmasına dair planı təsdiqləyib

10-05-2017, 06:22           
Tramp Suriya kürdlərinin silahlandırılmasına dair planı təsdiqləyib
ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Pentaqondan bildirilib.

Məlumata görə, Rəqqada İŞİD üzərində qələbəni təmin etmək məqsədi ilə ABŞ Müdafiə Nazirliyinə kürd qruplaşmaların silahlandırılmasına dair səlahiyyətlər verilib.

Qeyd edək ki, kürd silahlı qruplaşmaları (PYD/YPG) İŞİD-in Suriyadakı paytaxtı Rəqqanı mühasirəyə almağa çalışır. ABŞ və müttəfiqləri kürd silahlı qruplaşmalarına havadan dəstək, habelə kəşfiyyat və hərbi təlim məsələlərində kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru