Səudiyyə Ərəbistanından olan bir iş adamı Trampın qızına elçi çıxıb.

22-05-2017, 16:30           

Səudiyyə Ərəbistanından olan bir iş adamı Trampın qızına elçi çıxıb.

ABŞ prezidentinin Səudiyyəyə olan səfəri müxtəlif hadisələrlə yadda qalıb. Tramp Kral Salmanla birlikdə ənənəvi qılınc rəqsinə baxıb, sonra isə muzeyi gəzib.

ABŞ prezidentinin səfərinin ilk saatlarında zəngin bir iş adamı Kral Salmandan atasını müşayiət edən İvanka Trampa elçilik etməyi tələb edib. İvanka Tramp evlidir və iki övladı var. Səudiyyəli iş adamı isə sosial şəbəkədə video paylaşaraq qızla evlənmək istədiyini bildirib.

ABŞ-ın birinci xanımı Melaniya Tramp da eyni gündə üç dəfə paltar dəyişdirərək diqqətləri üzərinə cəlb edib. Kral Salman Trampa Səudiyyənin ən ali dövlət nişanı olan Kral Əbdüləziz Dövlət Nişanını təqdim edib.

Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru