ABŞ Senatı dövlət katibinin birinci müavininin namizədliyini təsdiqləyib

25-05-2017, 08:08           
ABŞ Senatı dövlət katibinin birinci müavininin namizədliyini təsdiqləyib
ABŞ Senatı Con Sallivanın dövlət katibinin birinci müavini vəzifəsinə namizədliyini təsdiq edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, C.Sallivanın namizədliyinin lehinə 94, əleyhinə isə 6 senator səs verib.

57 yaşlı hüquqşünas C.Sallivan “Mayer Brown LLP” konsaltinq şirkətinin rəhbərlərindən biri olub. Bundan əvvəl isə ədliyyə, müdafiə və ticarət nazirliklərində yüksək vəzifələr tutub, həmçinin ABŞ Ali məhkəməsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru