Baş prokuror Rusiya səfiri ilə görüşünü “unudub”

25-05-2017, 17:44           
Baş prokuror Rusiya səfiri ilə görüşünü “unudub”
ABŞ baş prokuroru Ceff Seşnsa qarşı ittihamlar bəlli olub.

Cebhe.info CNN-ə istinadən bildirir ki, baş prokuror məxfi informasiyaya çıxış anketini doldurarkən Rusiyanın bu ölkədəki səfəri ilə təmaslarına dair heç bir qeyd etməyib. Halbuki qaydaya əsasən, baş prokuror bütün xarici ölkələrin nümayəndələri və diplomatik missiyaları ilə mümkün əlaqəsinə dair qeydlər aparmağa borclu idi.

Baş prokuror isə Rusiyanın bu ölkədəki səfiri ilə 2 görüşü barədə qeydi anketdə qeyd etməyi unudub.

Ədliyə Nazirliyinin mətbuat katibi Sara İsqer Floresin sözlərinə görə, baş prokuror anketi doldurduğu zaman Federal Təhlükəsizlik Xidməti əməkdaşları ilə məsləhətləşib. Həmin əməkdaşlar da ona xarici ölkə səfirləri və məmurları ilə son illərdə keçirilən onlarla görüşü anketdə qeyd etməmək icazəsi verib.

Xatırladaq ki, 14 fevralda prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn istefaya göndərilib. İstefa ərizəsində Flinn bildirib ki, Rusiya səfəri ilə görüşlərinə dair bütün məlumatları vitse-prezident Mayk Penslə bölüşməyib. "Mən prezident və vitse-prezidentdən buna görə üzr istədim, onlar da mənim üzrxahlığımı qəbul etdilər",- deyə Flinn ərizəsində qeyd edib.

Qeyd edək ki, ABŞ-da bəzi yüksək rütbəli məmurların Rusiya rəsmiləri ilə əlaqəsi araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.