ABŞ qitələrarası ballistik raketləri vurmağa qadir sistemi uğurla sınaqdan keçirib

31-05-2017, 08:30           
ABŞ qitələrarası ballistik raketləri vurmağa qadir sistemi uğurla sınaqdan keçirib
ABŞ hərbçiləri qitələrarası ballistik raketləri məhv etməyə qadir raketi uğurla sınaqdan keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, Kaliforniyada yerləşən raketdən müdafiə sistemindən (Ground-based Midcourse Defense, GMD) buraxılan raket Sakit okeandakı Marşal adasında buraxılan hədəf raketi vurub.


GMD raketdən müdafiə sistemi 2005-ci ildən istifadəyə verilib. Kaliforniya və Alyaskada 30-dək bu tip raket yerləşdirilib. 2017-ci il ərzində daha 15 GMD raketi yerləşdirmək planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru