Bağdadda törədilmiş terror aktlarında ölənlərin sayı 27-ə çatıb

31-05-2017, 08:34           
Bağdadda törədilmiş terror aktlarında ölənlərin sayı 27-ə çatıb
Bağdadda törədilmiş terror aktlarında ölənlərin sayı 27-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı Səhiyyə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.
Nazirliyin nümayəndələri qeyd ediblər ki, iki partlayışda 100-dən çox insan xəsarət alıb. Partlayışlardan biri Bağdadın mərkəzində dondurma dükanının yaxınlığında törədilib. İkinci partlayış isə paytaxtın əsas körpüsünün yaxınlığında törədilib.
Terror aktına görə məsuliyyəti terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
Qeyd edək ki, ilkin məlumatda İraqın paytaxtının mərkəzində, dondurma dükanının yaxınlığında törədilən partlayışda 13 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru