Nepalda hərbi təyyarə qəza enişi edib: ölən və yaralananlar var

31-05-2017, 08:37           
Nepalda hərbi təyyarə qəza enişi edib: ölən və yaralananlar var
Nepalın qərbində hərbi təyyarə qəza enişi edib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, qəza paytaxtdan 700 kilometr məsafədə yerləşən Bacur dairəsinin Kolti hava limanında baş verib. Belə ki, Polşanın "PZL" firmasının istehsalı olan "M28 Skytruck" hərbi təyyarəsi Humla dağ rayonuna ərzaq məhsulları daşıyarkən qəzaya uğrayıb. Simikota aeroportuna enməli olan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Bacura uçub.
Təyyarə Kolti hava limanında sərt eniş etməsi səbəbindən uçuş-enmə zolağından 50 metr kənara çıxaraq aşıb. Nəticədə pilot yerindəcə ölüb, daha iki hərbçi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, bu, son 3 gündə Nepalda baş vermiş ikinci təyyarə qəzasıdır. Mayın 27-də Çexiya istehsalı olan "LET-410" təyyarəsi Lukldakı aeroportda qəzaya uğrayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru