"AP": Tramp dövlət başçılarına telefon nömrəsini verərək təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır

31-05-2017, 08:39           
"AP": Tramp dövlət başçılarına telefon nömrəsini verərək təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır
ABŞ prezidenti Donald Tramp mobil telefonunun nömrəsini dünya ölkələrinin liderlərinə verir və onları birbaşa özünə zəng etməyi dəvət edir.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
Agentlik qeyd edir ki, bu cür qeyri-adi dəvət diplomatik protokolu pozur və ABŞ baş komandanının təhlükəsizliyi, habelə mesajlarının məxfiliyi ilə bağlı narahatlığa səbəb olur.
"Tramp Kanada və Meksika liderlərini onunla mobil telefonla əlaqə saxlamağı çağırıb" – deyə agentlik amerikalı məmurlardan birinin sözlərini sitat gətirib. Onun məlumatına görə, yalnız Kanadanın baş naziri Castin Tryudo bu təklifdən istifadə edib.
Fransa məmurlarından birinin sözlərinə görə, Trampla Fransa prezidenti Emmanuel Makron da bir-birlərinə mobil telefonlarının nömrələrini veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru