Dünya ictimaiyyətinin təzyiqlərinə baxmayaraq, Koreya Xalq Demokratik Respublikası (KXDR) may ayı ərzində 3 ballistik raket sınağı keçirib.
Növbəti ballistik raket sınağından sonra Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, sınaqlar barədə xəbərlər «yankiləri narahatlıq keçirməyə məcbur edəcək, Cənubi Koreyanın cinayətkar marionetləri isə bundan daha çox üzüləcəklər». KXDR liderindən sitatları Koreya mərkəzi teleqraf agentliyi gətirib.
Bundan başqa, Kim Çen In ümid etdiyini bildirib ki, hərbi-araqarışdırıcı hərəkətlərinə cavab olaraq, gələcəkdə «yankilər daha nəhəng «hədiyyə»lər alacaqlar».
Xatırladaq ki, mayın 29-da, bazar ertəsi gecə KXDR artıq sayca üçüncü ballistik raket sınağı keçirib.AzPolitika.info/