İŞİD-in iki lideri öldürüldü

14-07-2015, 10:46           

Suriyanın şimal-şərqinə endirilən aviazərbələr nəticəsində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının iki lideri bildirib.


teref.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqlarına Nəzarət üzrə Monitorinq Mərkəzi xəbər yayıb.

Yayılan məlumatlara əsasən, öldürülən liderlər – iraqlı Abu Osama al-İraqi və suriyalı Amer ar-Rafdan bildirib.

Mərkəzin yaydığı məlumata görə, aviazərbələri ABŞ aviasiyası endirib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.