İRANLA RAZILAŞMA ƏLDƏ OLUNDU

14-07-2015, 12:19           
İRANLA RAZILAŞMA ƏLDƏ OLUNDU
Avropalı diplomat da İranın nüvə proqramlarına dair razılaşmanın əldə edildiyini, yaxın vaxtlarda tərəflərin nəticələri elan edəcəyini təsdiq edib.

Məlumatlara görə razılaşma sənədi üzərində danışıqlar iyulun 14-nə keçən gecə başa çatıb. Daha sonra sənədin yekun variantını çapa hazırlamaq üçün ekspertlər işə başlayıb. Gözlənilir ki, saziş İran və “altılar” qrupu ölkələrinin xarici işlər nazirlərinin BMT-nin Vyanadakı mənzil qərargahında Bakı vaxtı ilə saat 12.30-da başlayacaq toplantısında imzalanacaq.

Avropalı diplomatik mənbə bildirib ki, razılaşmaya əsasən Avropa İttifaqı İrana qarşı sanksiyaları sazişin imzalanmasından dərhal sonra ilin sonuna qədər donduracaq. Həmin müddət ərzində sanksiyaların tam ləğv edilməsi üçün qalan məsələlər razılaşdırılacaq.

* * * 11:22

İranla “altılar” qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü+Almaniya) tarixi nüvə razılaşması əldə ediblər.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə bir neçə dəqiqə əvvəl “Routers” agentliyi İran nümayəndə heyətindəki mənbəyə istinadən təcili xəbər yayıb. Sövdələşmə İranın nüvə proqramlarının məhdudlaşdırılmasının əvəzində bu ölkəyə qarşı sanksiyaların ləğvini nəzərdə tutur.

“İşin bütün ağır tərəfi görüldü və biz sazişin yekun variantını çapa verdik. Allah xalqımızı qorusun”- deyə İran diplomatı Vyanada həftələrdir sürən çətin danışıqların nəticələrinə dair bildirib.

İran nümayəndə heyətindəki digər mənbə də razılaşmanın əldə olunduğunu təsdiq edib. Təfərrüatlar haqda daha sonra məlumat veriləcək.

Xəbər yenilənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.