Ata islamı qəbul etmək istəyən 17 yaşlı qızını öldürdü - FOTO

20-07-2017, 00:05           

Ata qızını sevgilisinin müsəlman olduğuna görə bıçaqlayaraq öldürüb.

Milli.az bildirir ki, Sami Karra adlı 58 yaşlı kişi 17 yaşlı qızı Henriette Karranın ölümündən sonra həbs edilib. Qızın cəsədi onların İsrailin Ramle şəhərindəki evindən tapılıb.

Deyilənə görə, atanın qızını bıçaqlamasına səbəb onların arasında sevgilisi ilə bağlı yaranan mübahisə olub. Qız atasına həbsdəki müsəlman sevgilisinin istədiyi üçün İslamı qəbul edəcəyini söyləyib.

O, evdən qaçıb. Lakin qohumları onu evə qayıtmağa məcbur edib.

Qızın ölümündən öncə həbsxanadakı sevgilisinə məktub yazdığı məlum olub. O, məktubda onu öldürmək istəyən qohumları ilə bağlı dərdini bölüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru