Dünya şöhrətli rəssamın oğurlanmış əsərləri İspaniyada tapılıb
20-07-2017, 08:31
spaniya polisi ekspressionist rəssam Frensis Bekonun oğurlanmış 5 əsərindən ikisini tapıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Əsərlər 2015-ci ildə Madrid şəhərindəki fərdi evlərdən birindən oğurlanmışdı. Lakin yalnız bir il sonra bundan xəbər tutulub. Əsərlərin qiyməti 30 milyon avro təşkil edir.