Çində 210 min məmur korrupsiyaya görə cəzalandırılıb
20-07-2017, 08:35
Çin hökuməti 2017-ci ilin ilk altı ayı ərzində hüquqa zidd əməllərinə görə 210 min məmuru cəzalandırıb. "Report"un məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Kommunist Partiyasının bəyanatında deyilir. "İlin ilk yarısında anti-korrupsiya instansiyalarına 1.31 milyondan çox ərizə daxil olub. Hüquqpozmalar ilə bağlı 260 min cinayət işi açılıb", - bəyanatda qeyd olunub. Cəzalananlar arasında 38 nəfər yüksək çinli məmur da var.