İçində Aydan götürülmüş toz olan çanta 1,8 milyon dollara satılıb

21-07-2017, 09:06           

İçində Ay torpağının nümunələri olan Nil Armstronqun çantası "Sotheby"s" auksionunda 1,8 milyon dollara satılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 1969-cu ildə bu çanta "Apollon 11" kosmik gəmisinin göyərtəsində olub. Çantanın sonuncu dəfə 2015-ci ildə auksiondan Çikaqo sakini 995 dollara alıb.

Məlumata əsasən, bu dəfə çanta auksiona çıxarıldıqda ona 2 milyon dollar qiymət təyin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.