İranın ən vacib limanı yanır

22-07-2017, 00:47           
İranın ən vacib limanı yanır
İranın Buşəhr limanındakı gəmilərdə yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Mehr” agentliyi yayıb. Agentlik bir neçə saat əvvəl başlayan yanğının 8 gəminin yanaraq sıradan çıxardığını bildirib.

Hazırda yanğınsöndürənlər hadisə yerinə cəlb ediliblər. Yanğın zamanı nə qədər insanın xəsarət alması haqqında heç bir məlumat verilmir.

İran mətbuatı yanğına məruz qalan gəmilərin sayının 13-ə çatdığını yazıb. Ölkənin digər regionlarından da yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə cəlb olunub.

Qeyd edək ki, Buşəhr limanında 200-ə yaxın ticarət gəmisi var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.