Putin kəşfiyyatda istifadə etdiyi ləqəbi açıqladı -Video

22-07-2017, 00:41           
Putin kəşfiyyatda istifadə etdiyi ləqəbi açıqladı -Video
Rusiya prezidenti Vladimir Putin xarici kəşfiyyat orqanlarında işləyən zaman “Platov” ləqəbindən istifadə etdiyini bildirib.

Oxu.Az-ın məlumatına görə, Putin bu barədə “Sirius” təhsil mərkəzinin yetirmələri ilə söhbət zamanı deyib.

“Bildiyiniz kimi, mən fəaliyyətimə xarici kəşfiyyat orqanlarında başlamışam. Həmin zaman mən “Platov” ləqəbindən istifadə edirdim. Bizim işimizdə bu vacib idi”, - dövlət başçısı qeyd edib.

Rusiya prezidenti bildirib ki, hazırda hansısa bir təxəllüsdən istifadə onun üçün mənasızdır.

“Əlbəttə ki, mən özümə heç bir “nik” seçməzdim, sadəcə öz adımdan istifadə edərdim. Bu hər kəs üçün normaldır, hansısa “nik” arxasında gizlənmək nəyə lazımdır?”, - Putin deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru