Rusiya Prezidenti Vladimir Putin vəzifədən ayrılandan sonra nə edəcəyi barədə açıqlama verib. Axar.az xəbər verir ki, Putin vəzifəsini tərk etdikdən sonra nə edəcəyi barədə fikirləşmədiyini bildirib. "Vəzifədən gedəndən sonra nə edəcəyim barədə qərar verməmişəm. Dünyada bir çox maraqlı iş var. Bu, sadəcə oturub xatirə ilə məşğul olmağım lazım olduğu anlamına gəlmir. Ancaq nəsə etməyə bir şeylər taparam" , - Putin qeyd edib.