Rusiyanın hərbi təyyarəsi Pentaqon və Ağ Evin üstündən uçdu
10-08-2017, 12:48
Rusiyanın hərbi təyyarəsi Pentaqon və Ağ Evin üstündən uçdu
“Basta” CNN televiziyasının yaydığı xəbərə istinadən bildirir ki, dünən Rusiya Hərbi Hava Qüvvələrinə aid olan TU-154 təyyarəsi Vaşinqtonun ürəyi olan Pentaqon və Ağ Evin üzərindən uçub.
Uçuşun “Açıq Səmalar Müqaviləsi” çərçivəsində həyata kerçirildiyi bildirilir.
CNN-nə verilən məlumata görə TU-154 təyyarəsini Amerika Birləşmiş Dövlətlərinim Hava Qüvvəlırinin təmsilçiləri idarə edirmiş.
Məlumatda Rusiya təyyarələrinin növbəti uçuşunun gözlənildiyi bildirilir.
Xatırladaq ki, dövlətlərarası “Açıq Səmalar Müqaviləsi”nin məqsədi hərbi fəaliyyətlərin və silahların tətbiq olunmasını nəzarət altına almaq, ölkələr arasında güvən yaratmaqdır. Bu müqavilədə 34 dövlət var. Rusiyanın müqaviləyə qoşulması 2001-ci ildə onaylanıb.