ABŞ ordusunun baş qərargah rəisi Gürcüstanda - Vaşinqtondan heyrətamiz dəstək...
11-08-2017, 06:39
ABŞ ordusunun baş qərargah rəisi general Mark Mayli Gürcüstana iki günlük rəsmi səfərə gəlib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, amerikalı general Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Vladimir Çaçibaya ilə görüşüb. Səfər zamanı general Mayli Tbilisi yaxınlığındakı Vaziani aerodromunda “ Layiqli tərəfdaş” ( Noble Partner 2017) adı altında keçirilən NATO üzvlərinin və tərəfdaşlarının hərbi təliminə baş çəkəcək.
Qeyd edək ki, yüksək rütbəli amerikalı generalların Gürcüstana səfəri barədə bir həftə əvvəl Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə ABŞ-ın Avropadakı qoşunlarının komandanı, general-leytenant Ben Hoceslə görüşü zamanı məlumat verilmişdi.
Hal-hazırda ABŞ Silahlı qüvvələrinin Almanıyanın Hohenfels şəhərindəki hərbi-təlim bazasının rəisi general Antonio Aquto da Tbilisidə səfərdədir.