Rusiya hava hücumlarından müdafiə qüvvələrini hazırlıq vəziyyətinə gətirib
11-08-2017, 17:37
Rusiyanın Uzaq Şərqdəki hava hücumlarından müdafiə qüvvələri Şimali Koreya ətrafındakı vəziyyətə görə hazırlıq vəziyyətinə gətirilib.
Bu Barədə RİA-Novosti avqustun 11-də senator Viktor Ozerova istinadla xəbər verir.
O, bundan əvvəl Federasiya şurasındakı müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri olub.
“Hazırda Şimali Koreya ətrafında baş verənlər bizdə narahatlıq doğurmaya bilməz. Ərazimizin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülməlidir”, senator bildirib.
O qeyd edib ki, Şimali Koreyanın mümkün raket- buraxma zonaları hazırda ciddi diqqət mərkəzindədir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bundan əvvəl Şimali Koreyanı Vaşinqtonun ünvanına hədələrdən əl çəkməyə çağırıb və əks haldaPxenyanın “atəş və hiddətlə üzləşəcəyini” bildirib.
Pxenyansa buna cavab olaraq Amerikanın Sakit okeandakı Quam adasını raket zərbələri ilə hədələyib.