ABŞ-da müsəlman qadına 85 min dollar təzminat ödəniləcək- Polisin nəzakətsiz davranışına görə
12-08-2017, 15:00
ABŞ-ın Kaliforniya ştatının Lonq-Biç şəhərinin administrasiyası polis əməkdaşının hicabı çıxarmaq tələbi ilə bağlı məhkəmə işinin tənzimlənməsi səbəbindən müsəlman qadına 85 min dollar təzminat ödəyəcək.
Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə iddiasına görə Kristi Puel və onun həyat yoldaşı öz avtomobilləri ilə hərəkət edərkən polis tərəfindən saxlanılıb.
Puel sərnişin olsa da, polis zabiti mağaza qarəti ilə bağlı orderi olduğu üçün onu həbs edib. O, qadının həyat yoldaşının həbsi sənədləşdirmək bərədə xahişinə məhəl qoymayıb. Bundan sonra polis zabiti Pueldən hicabını çıxarmağı tələb edib. “Puell insanların içərisində hicabını çıxarmağa məcbur olub”, – deyə məhkəmə iddiasında deyilir.