İlk dəfə Günəşdən kənar planet kəşf edilib- Rus-türk teleskopu ilə

12-08-2017, 15:02           

ÜBİTAK (Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsi) Milli Rəsədxanasında qurulan RTT150 rus-türk teleskopu vasitəsilə ilk dəfə Pegasus bürcündə yaşlı bir ulduzun ətrafında fırlanan Günəş sistemindən kənar bir planetin kəşf edildiyi açıqlanıb.

Azərtac ntv.com.tr saytına istinadla xəbər verir ki, Kazan Federal Universitetindən Roman Juçkovun qrupunun türk və yapon mütəxəssisləri ilə birlikdə dünyada kosmos müşahidələrinin ən yaxşı aparıldığı nadir sahələrdən biri kimi qəbul olunan TÜBİTAK Milli Rəsədxanasındakı RTT150 teleskopu ilə HD 208897 kodlu ulduzun ətrafında fırlanan Yupiterə bənzər planet kəşf ediblər.

Alimlərin hesablamalarına görə, sözügedən planet “Yupiterin əkizləri” qrupuna aiddir və Günəş sistemindəki Yupiter planeti ilə müqayisədə 1,5 qat daha böyük bir kütləyə malikdir. Ekzoplanetin ulduza məsafəsi təxminən Yupiterin Günəşə olan məsafəsinə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru