Peru Venesuelanın səfirini ölkədən qovdu

12-08-2017, 15:07           
Peru Venesuelanın səfirini ölkədən qovdu
Peru hökuməti Venesuela səfirinin ölkədən çıxması barədə qərar qəbul edib.

Azərtac-ın xəbərinə görə, Peru apreldə Venesuelada başlanan böhrandan sonra Karakas hökumətinə qarşı belə bir addım atan ilk Latın Amerikası ölkəsi olub. Peru Xarici İşlər Nazirliyindən bildiriblər ki, venesuelalı diplomat Dieqo Moleroya ölkədən çıxmaq üçün 5 gün vaxt verilib.

Bir neçə gün əvvəl Perunun təşkilatçılığı ilə Venesuelada vəziyyəti müzakirə etmək üçün regional toplantı keçirilib. Toplantıda iştirak edən 17 ölkədən 12-si bu görüşü qeyri-qanuni hesab edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru