ABŞ-da polis helikopteri qəzaya uğrayıb, ölənlər var

13-08-2017, 09:49           
ABŞ-da polis helikopteri qəzaya uğrayıb, ölənlər var
ABŞ-da, iğtişaşların baş verdiyi Şarlottsvill şəhərində polis helikopteri qəzaya uğrayıb, nəticədə 2 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Virginiya ştatının polis idarəsinin məlumatında bildirilir.

Məlumata görə, insident yerli vaxtla 17.00 radələrində (Bakı vaxtı ilə 01.00) meşə massivində baş verib. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, Şarlottsvill şəhərində solçularla ultrasağçılar arasında baş verən toqquşmalarla əlaqədar Virginiya ştatında artıq bir neçə gündür fövqəladə vəziyyət elan edilib. İnsidentlər nəticəsində 1 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

Ultrasağçılar hakimiyyət qurumlarının Vətəndaş müharibəsi dövründə Konfederasiya ordusunun generalı Robert Linin şəhər parkındakı heykəlini sökmək planına etiraz edirlər.

Məlumata görə, aksiyalarda iştirak etmək üçün şəhərə ümumilikdə 6 minədək ultrasağçı gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru