Ermənistan yanır: Əhaliyə xəbərdarlıq edildi – Foto

13-08-2017, 17:02           

Üç gündür ki, Ermənistanı bürüyən yanğınlar davam edir. Vayot Dzor vilayətində üç gün davam edən şiddətli yanğınlar Xosrov Dövlət və Təbiət Qoruğunu da cənginə alıb.
Musavat.com xəbər verir ki, bu gün saat 07.30-da yanğının söndürülməsi işinə 77 xilasedici, Araratdakı hərbi hissənin 50 hərbçisi, 60 polis, 50 nəfər meşə işçisi, həmçinin Urtsadzor kəndinin sakinləri cəlb olunub.
Bundan əlavə, Müdafiə Nazirliyinin vertolyotları yanğını söndürmək üçün 6 uçuş həyata keçirib.
Erməni mütəxəssislər günlərdir ki, davam edən yanğınlar nəticəsində qoruqdakı və meşələrəki nadir canlıların məhv olduğunu deyir. Həmçinin yanğından canını qurtarıb yaşayış məntəqələrinə üz tutan vəhşi heyvanların hücumundan qorunmaq üçün əhaliyə xəbərdarlıq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru