ABŞ-ın gizli xəritəsi tapıldı: Yeni terror dövləti yaradılır - PKK şimala nəzarət edəcək...

13-08-2017, 17:17           

ABŞ-ın Suriyanı tamamilə bölüb ölkənin şimal seqmentini PKK-ya verdyi təsvir olunan pirat xəritə ortaya çıxıb.

Metbuat.az bildirir ki, Pentaqonun bu xəritəylə "Fərat Qalxanı" bölgəsinə də göz dikdiyi görünür. Terrorçularla Haseki və Rakka şəhərlərində bir araya gələn ABŞ ordusunun Suriyadakı rəsmiləri hazırlanan yeni xəritəyə uyğun olaraq, yaradılacaq yeni terror dövlətinin sərhədlərini çəkib. Türkiyənin Suriyada apardığı "Fərat Qalxanı" əməliyyatlarının ən qaynar nöqtələri xəritədə PKK-ya aid olaraq göstərilib.

Planın həyata keçirilməsində əsas hədəflərdən biri isə müxalif qüvvələrin nəzarətində olan İdlib şəhəridir. Çünki yeni birləşmələrin Aralıq dənizinə çatması üçün İdlib dəhliz rolunu oynayır. Bəzi mənbələrdə hətta yaxın vaxtda ABŞ ordusunun İdlibə hava zərbələri endirəcəyi də deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru