Nüvə müharibəsi baş verəcəkmi? - MKİ-dən açıqlama

14-08-2017, 15:27           
Nüvə müharibəsi baş verəcəkmi?  - MKİ-dən açıqlama
MKİ Rəhbəri Pompeo Şimali Koreyanın nüvə sınaqlarının davam edə biləcəyini söyləyib. Həmçinin əllərində müharibə olacağına dair məlumat olmadığını deyib.

Moderator.az bildirir ki, ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı (MKİ) sədri Mike Pompeo Şimali Koreyanın nüvə sınaqlarının davam edəcəyinin, ancaq Şimali Koreya ilə bir nüvə müharibəsinin astanasında olduğuna dair əllərində bir kəşfiyyat məlumatı olmadığını söyləyib.

Pompeo Fox News Sunday televiziya kanalına gündəmə dair bəyanatlar verib.

Şimali Koreyanın nüvə silahı işlərinə davam etdiyini bildirən MKİ rəhbəri "Şimali Koreya nüvə tutumuna nail olmağa yaxınlaşır. Təxminən 20 ildir ki, çalışırlar və yaxınlaşırlar" deyib.

Pompeo Şimali Koreyanın ABŞ-a yaxın zamanda hücum edib-etməyəcəyi istiqamətindəki suala "Şimali Koreya ilə nüvə müharibəsi içində olmağımızı tələb edən bir nöqtədə deyilik. Əlimizdə bu istiqamətdə bir kəşfiyyat məlumatı yoxdur" deyə cavab verib.

Prezident Donald Trampın rəhbərliyinin Şimali Koreyaya qarşı yürütdüyü diplomatik işlərdən ağızdolusu bəhs edən Pompeo Tramp rəhbərliyinin fəaliyyəti nəticəsində Şimali Koreyanın regionda daha da təkləndiyinə diqqət çəkib.

Pompeo "Artıq Çin də regionda nüvə silahı olmaması lazım olduğunu söyləyir" deyə bildirib.

Şimali Koreyanın nüvə silahı sınaqlarına davam edəcəyinə inandığını ifadə edən Pompeo, bu ölkənin hər sınaqda təcrübəsini artırdığını qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.