Vəfat etmiş Rəfsəncaninin yerinə təyinat oldu –İraqda doğulmuş Şahrudi Məsləhət Şurasının sədri oldu

14-08-2017, 16:08           

İranın ali rəhbəri Seyid Əli Xamenei Məsləhət Şurasının sədri vəzifəsinə Mahmud Haşimi-Şahrudini təyin edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu vəzifəni 1989-cu ildən vəfat edənədək, yəni 2017-ci ilədək Ələkbər Haşimi-Rəfsəncani tutub.

Xameneinin fərmanına əsasən, Möhsün Rzai isə şuranın katibi vəzifəsində qalıb.

Qeyd edək ki, İran Məsləhət Şurası 1988-ci il fevralın 6-da təsis edilib. Mahmud Haşimi-Şahrudi 1999-2009-cu illərdə İranın baş prokuroru vəzifəsində işləyib. O, 1948-ci ildə İraqın Nəcəf şəhərində doğulub, hazırda İraq və İran vətəndaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru