“Ölkəm heç bir hərbi bloka daxil olmayacaq”

14-08-2017, 17:14           
“Ölkəm heç bir hərbi bloka daxil olmayacaq”
Moldova Prezidenti İqor Dodon respublikanın hərbi bloklara daxil olmasına icazə verməyəcək.

Trend-in məlumatına görə, bunu Moldova prezidenti hərbi poliqonların birinə səfəri zamanı deyib.

O vurğulayıb ki, Moldova istər NATO, istərsə də digər blokların heç birinə üzv olmamalıdır.

Qeyd edək ki, Moldovada Bulboaka hərbi poliqonunun ABŞ-ın maliyyə yardımı ilə müasirləşdirilməsi ölkədə müəyyən narazılıqların yaranmasına səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.