Tramp yenidən neonasistləri Şarlotsvildəki iğtişaşlara görə açıq şəkildə ittiham etməkdən imtina edib

16-08-2017, 08:05           
Tramp yenidən neonasistləri Şarlotsvildəki iğtişaşlara görə açıq şəkildə ittiham etməkdən imtina edib
ABŞ prezidenti Donald Tramp Şarlotsvildəki iğtişaşları pisləyərək, baş verənlərdə təqsirin həm millətçilərin tərəfdarlarının, həm də onların əleyhdarlarında olduğunu bildirib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
Amerika lideri vurğulayıb ki, sol qanadın tərəfdarları son dərəcə qəzəblə neonasistlərə hücüm ediblər.
"Onlar bir-birlərinə kötəklərlə hücum etdilər. Buna baxmaq dəhşətli idi", - deyə ABŞ prezidenti günahın millətçilərin və onların əleyhdarlarında olduğunu qeyd edib.
Daha əvvəl demokratlar və respublikaçılar Trampı Şarlotsvildəki zorakılığı 48 saat ərzində ittiham etməməkdə tənqid ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru