Mixail Saakaşvilini arvadı atdı: İDDİA

11-09-2017, 22:57           

Ukrayna vətəndaşlığından məhrum edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin arvadsız qaldığı iddia olunur.

PRESSDAY.az bildirir ki, Ukraynanın TSN televiziya şirkətinin xəbərinə görə, Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs siyasətçinin oğlu ilə birlikdə ərinin qaldığı “Leopolis” otelini tərk edib.

Qadının Polşa dövlət nömrə nişanlı xarici avtomobilə oturaraq sürücüyə onu hava limanına aparmasına göstəriş verdiyi bildirilir.

Məlumata görə, siyasətçi özü oteldə qalıb.

Mixail Saakaşvili Lvovda keçirdiyi mətbuat konfransında yerli oliqarxların diktaturasına qarşı mübarizə aparmaq məqsədilə həmfikirlərini ətrafında birləşdirmək üçün Ukraynanın hər yerini gəzəcəyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru