Ağ Ev: ABŞ Myanmardakı vəziyyətdən narahatdır

12-09-2017, 08:11           
Ağ Ev: ABŞ Myanmardakı vəziyyətdən narahatdır
Myanmardakı vəziyyət göstərir ki, bu ölkənin təhlükəsizlik qüvvələri dinc əhalini qorumaq iqtidarında deyil.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin bəyanatında bildirilir.

“Myanmarın Arakan bölgəsindəki vəziyyət ciddi narahatlıq doğurur. Kütləvi qaçqın axını, arakanlı müsəlmanlara qarşı törədilən zorakılıqlar ölkənin təhlükəsizlik qüvvələrinin dinc əhalini qorumaq iqtidarında olmadığını göstərir. Bununla bağlı biz Myanmar hökumətini qanunun aliliyinə hörmət etməyə, zorakılıq halları və dinc əhaliyə qarşı aparılan davamlı təzyiqlərə son qoymağa çağırırıq”, bəyanatda deyilir.

Qeyd edək ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.