Peru Şimali Koreya səfirini “persona non-qrata” elan edib

12-09-2017, 08:21           
Peru Şimali Koreya səfirini “persona non-qrata” elan edib
Peru Şimali Koreya səfirini “persona non-qrata” elan edib.

APA-nın xəbərinə görə, bu barədə Peru XİN-in yaydığı açıqlamada bildirilir.

Peru hökuməti səfiri beş gün ərzində ölkəni tərk etmək etməyi tələb edib.

XİN-in bəyanatında həmçinin bildirilir ki, qərara rəsmi Pxenyanın yürütdüyü siyasət səbəb olub: “Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dəfələrlə pozub, öhdəliklərinin yerinə yetirilməsinə dair beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru