Şimali Koreyaya təzyiqlər artdı; BMT sanksiyaları genişləndirdi VİDEO

12-09-2017, 08:24           
Şimali Koreyaya təzyiqlər artdı; BMT sanksiyaları genişləndirdi  VİDEO
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.

APA-nın "AP" agentliyinə istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının üzvləri ABŞ tərəfindən hazırlanan qətnaməni yekdilliklə dəstəkləyiblər.

Qərarla KXDR-dən tekstil mallar almaq qadağan edilir, qaz kondensatı tədarükünə embarqo qoyulur, həmçinin ölkəyə xam neftin idxalı məhdudlaşdırılır. Sənəddə KXDR ətrafında vəziyyətin sülh yolu ilə həllinin vacibliyi, Koreya yarımadasında vəziyyətin gərginləşməsinin regional təhlükəsizlik üçün əsas təhdid olduğu qeyd olunub.

Qeyd edək ki, öncə rəsmi Vaşinqton həmçinin Şimali Koreyaya qarşı tam neft embarqosunun qoyulması, KXDR-in lideri Kim Çen İnin aktivlərinin dondurulmasını və onun xaricə səfərinin qadağan edilməsini təklif edirdi.

Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. İki gün sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Qətnamə layihəsi üzrə müzakirələr bir həftə davam edib.
[media=https://www.youtube.com/watch?v=EVOh6jPilfM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru