Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb

12-09-2017, 08:40           

Meksika sahillərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Oahaka ştatında 71 nəfər, Çyapas ştatında 15 nəfər, Tabasko ştatında isə 4 nəfər həlak olub.

Qeyd edək ki, sentyabrın 7-dən 8-nə keçən gecə baş verən zəlzələ 8,2 bal gücündə olub. Meksika prezidenti bu zəlzələni son 100 ildə ən güclü adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.